Interposta.Info

Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı

Ölkə
 31-07-2023, 20:18     230

Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda (23-29 iyul) deyilir.

Belə ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26