Interposta.Info

“Rossiyskaya Qazeta”: “İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu”
 

Ölkə
 8-02-2024, 16:59     42 471

“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi başa çatıb. Sürpriz baş verməyib - seçkinin aşkar favoriti qalib olub. İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkidə 92%-dən çox səs toplayaraq qalib olub”.

Rusiyanın “Rossiyskaya Qazeta” nəşrində dərc olunan yazıda belə yazılıb.

Qəzet qeyd edib ki, fevralın 7-də keçiriləcək seçki Azərbaycan üçün yeni dövrün başlanğıcı adlandırılır.

“Ona görə də tarixi seçki prosesinin təşkilinə tam məsuliyyətlə yanaşılıb. Respublika Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermə prosedurunun şəffaflığını təmin etmək üçün 90 300-dən çox müşahidəçi qeydiyyatdan keçib, onlardan 790-nı 89 ölkədən olan əcnəbidir. 109 beynəlxalq media akkreditasiyadan keçib. MSK-nın internet saytında canlı yayımlanan seçki məntəqələrində mindən çox veb-kamera quraşdırılıb.
Nəşr yazır ki, Azərbaycandakı seçkidə olduqca maraqlı metoddan istifadə edilib. Məsələn, qeyri-qanuni olan təkrar səsvermə ehtimalını aradan qaldırmaq üçün hər bir seçicinin baş barmağı seçki məntəqələrinin girişində skanerlənib. Ona görə də hər hansı seçki məntəqəsinə qayıdıb ikinci dəfə səs vermək qeyri-mümkün olub”.

Yazıda Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevin açıqlaması da yer alıb. O, seçki kampaniyasını, seçki prosesini yaxından müşayiət etdiyini vurğulayıb:

“Biz namizədlərin irəli sürülməsi və qeydə alınması proseslərini hərtərəfli təhlil etdik. Və tam məsuliyyətlə deyirik ki, seçkilər rəqabət əsasında keçirilib. Səsvermənin özü də mütəşəkkil şəkildə, böyük fəallıqla keçirilib. Bu onu göstərir respublikanın vətəndaşları ölkədə əmin-amanlığın hökm sürməsində maraqlıdırlar. Seçki kampaniyası çərçivəsində yeddi namizədin hamısına bərabər imkanlar yaradılmışdı, onlar media, televiziyada sərbəst çıxış edirdilər. ATƏT-dən, Şanxay Əməkdaşlıq Təşkilatından, Türk Dövlətləri Təşkilatından, həmçinin digər ölkələrdən respublikaya xeyli sayda xarici müşahidəçi gəlib. Bu, Azərbaycandakı seçkilərə marağın çox yüksək səviyyədə olduğunu göstərir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26