Interposta.Info

Bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlandı

Ölkə
 23-12-2019, 12:04     367

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saatadək 8.51 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423 361 nəfərinin səs verdiyini diqqətə çatdırıb.


08:30

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.

"İnterPosta.info" "Report"a istinadən xəbər verir ki, 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.

Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək.

Seçici siyahılarına adları daxil edilən 4 972 356 seçici səs verəcək. Adlarını seçici siyahısında tapa bilməyən vətəndaşlar isə şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilərlər.

Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41 462 namizəd qeydiyyata alınıb.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, məntəqələrin 20 faizini təşkil edir. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.

Seçkiləri izləmək üçün 52 636 müşahidəçi qeydə alınıb. Habelə, seçkiləri izləmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Eyni zamanda, bu ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri "çip oxuyan” cihazlarla təmin edilib.

Səsvermə 11 saat davam edəcək və saat 19:00-da başa çatacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26