Interposta.Info

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı (YENİLƏNİB)

Ölkə / Manşet
 7-02-2024, 15:23     28 268

Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

APA-nın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 54,67% olub.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov 1-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,69% olub.

Qeyd edək ki, prezident seçkisində saat 12:00-dək olan məlumata əsasən, respublika üzrə 2 499 033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

11:59

Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

APA-nın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 28,50% (48 990 seçicidən 13 962 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54 953 seçicidən 6 438 nəfər) olub.

Qeyd edək ki, prezident seçkisində saat 10:00-dək olan seçici fəallığı 19,44% olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1 259 371 nəfəri səs verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26