Interposta.Info

Milli Məclisdə ödəniş müqabilində hərbi xidmət müddətinin azaldılması təklif olundu

Ölkə
 1-02-2024, 12:37     38 122

"Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə, büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər".

"İntrerPosta"xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat qeyd edib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir:

"Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1,5 il və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Onıarın savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər".\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26