Interposta.Info

Azərbaycanda hərbçilər üçün şəhərciklər tikiləcək

Gündəm
 29-11-2023, 14:54     28 057


Azərbaycanda hərbi qulluqçular üçün şəhərciklər tikiləcək.
"Report"un əldə etdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Hərbi qulluqçuların statusu haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, "Əmək pensiyaları haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bundan sonrakı mərhələdə hərbi qulluqçular üçün mənzillərin verilməsi, hərbi şəhərciklərin tikilməsi nəzərdə tutulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26