Interposta.Info

Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi, BUNDAN SONRA...

Ölkə
 12-02-2021, 13:56     573

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Bildirib ki, dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Deputat Əziz Ələkbərli söz alaraq, qanun layihəsinin dili ilə bağlı bəzi fikirlərini söyləyib.
Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib./musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26