Interposta.Info

Azərbaycanda bu hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək

Ölkə
 22-12-2020, 08:45     344


Sosial müavinətlərin növlərinə, müavinətlərin təyin olunması şərtlərinə, müavinətlərin təyin edilməsi müddətinə dəyişiklik edilir.

"İnterPosta" xəbər verir ki, bu, Milli Məclisin 24 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən "Sosial müavinətlər haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək. Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə veriləcək.

Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26