Interposta.Info

 

Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib

Ölkə
 20-01-2024, 14:35     39 252

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib.

"İnterPosta" xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüzlərlə sakin Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, hər birinin üzərinə tər qərənfillər düzüblər.
Səlahiyyətli nümayəndə şəhidlərin ailə üzvləri ilə görüşüb, ehtiramını ifadə edib.

Ziyarətçilər xiyabandakı Ana abidəsini və 1918-20-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyublar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26