Interposta.Info

Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər - YENİLƏNİR
 

Ölkə
 20-01-2024, 11:46     39 615

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri, qurumların əməkdaşları şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəhidlər xiyabanını ziyarət ediblər.

10:36

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və qurumun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Oxu.Az-ın məlumatına görə, onlar şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.

10:27
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Oxu.Az xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak ediblər.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26