Interposta.Info

Nazarbayev Bakıda Şəhidlər xiyabanını ziyarət etdi

Ölkə
 3-04-2017, 11:05     800

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib

Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26