Interposta.Info

Xəzərin sahilində yeni tikintilərin aparılması məhdudlaşdırılacaq

Ölkə
 8-01-2024, 08:51     22 661


Abşeronun dayanıqlığının artırılması üçün Xəzər dənizinin təbii sahil xəttinin qorunması tələb olunur.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bunun üçün Baş plan çərçivəsində aşağıdakılar tövsiyə olunur:
- Sahil xətti boyu yeni şəhərsalma inkişafının məhdudlaşdırılması Sahil xətti boyu yeni şəhərsalma inkişaflarına yalnız müstəsna hallarda və ətraf mühitə təsirlərin ətraflı qiymətləndirilməsi aparıldıqdan sonra yol verilməlidir;

- Yol verilən yeni şəhərsalma təşəbbüsləri istisnasız olaraq müəyyən edilmiş planlaşdırma normalarına və sanitar-mühafizə zonası tələblərinə uyğun həyata keçirilməlidir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26