Interposta.Info

Parlament Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik etdi

Ölkə
 30-03-2020, 14:12     357

illi Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılaraq qəbul edildi.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, qanunda əksini tapan əsas müddəalar illərdir ki, icra olunmur. O, məsələ ilə bağlı müvafiq qurumların rəhbərlərinin parlament qarşısında hesabat verməli olduğunu bildirdi və sədarətin diqqətini bu məsələyə yönəltdi.

Qəbul olunmuş layihəyə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə, habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda, eyni zamanda layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda və tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda yol verilir.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 7 il sonra tətbiq edilməli idi.

Son illər tikinti layihələrinin həyata keçirilməsi üçün əsas olan şəhərsalma sənədlərinin (müfəssəl planların, ərazinin planlaşdırılması sənədlərinin, baş planların) hazırlanması istiqamətində ciddi işlər həyata keçirilsə də, müəyyən olunmuş müddət ərzində həmin sənədlərin və planların təsdiqi bir sıra şəhər və ərazilər üzrə başa çatıb. Bu səbəbdən də müxtəlif vaxtlarda Məcəllənin həmin maddəsinin tətbiqi müddəti uzadılıb. Hazırda həmin müddəanın (Məcəllənin 1 yanvar 2013-cü ildən qüvvədə olduğunu nəzərə alaraq) tətbiqinin daha bir 1 müddətinə uzadılmasına ehtiyac yarandığından qanuna müvafiq dəyişiklik təklif olunur.

Beləliklə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 8 il sonra tətbiq ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26