Qəbələdə qəza: Xəsarət alanlar var
Qəbələdə iki avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə Qəbələ şəhərində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” və “Toyota” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində avtomobillərin sürücüləri - Qəbələ rayonu Bum qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəm Cəlal oğlu Maksudov və 1976-cı il təvəllüdlü Vüqar Seymur oğlu Osmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26