Interposta.Info

Salyanda ağır qəza: Bir ailənin 5 üzvü yaralandı

Ölkə
 8-07-2023, 09:30     215

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107” markalı avtomobil "Zaporojets” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Quliyev Rauf İbrahim oğlu, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Quliyeva Minurə Mehman qızı, onların övladları, 2014-cü il təvəllüdlü Q.M, 2017-ci il təvəllüdlü Q.Z və 2018-ci il təvəllüdlü Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26