Interposta.Info

 

Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Ölkə
 27-09-2023, 21:45     188

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan VAZ-21015 və VAZ-2109 markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı VAZ-21015 markalı avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Mirvari Səfa qızı Abbasova və VAZ-2109-un sürücüsü, 1990-cı il təvəllüdlü İdris Əşrəfəddin oğlu Şabanov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26