Interposta.Info

28 yaşlı qadın siçan əleyhinə dərmanı içdi, vəziyyəti ağırdır

 

Ölkə
 22-12-2023, 15:38     38 484

Lənkəranda intihara cəhd olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində baş verib. 1995-ci il təvəllüdlü Tünzalə Şəmsi qızı Şıxcanova siçan əleyhinə dərmanı içərək intihara cəhd edib.

T.Şıxcanova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ailəli olan 28 yaşlı qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26