Interposta.Info

Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi- Vəziyyəti ağırdır

Mədəniyyət
 25-12-2018, 11:21     10 557

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” proqramına qonaq olarkən deyib.

Aktrisa qeyd edib ki, məşhur aktyor özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır. Daha sonra canlı efirdə R. Əzizbəyli ilə əlaqə saxlanılıb. O, danışmaqda çətinlik çəkib: "Yaxşıyam, klinikadaym. Qızımla danışa bilərsiz? Telefonu ona ötürürəm".

Qızı isə açıqlamasında aktyorun insultdan əziyyət çəkdiyini söyləyib: "Barmağında qanqren başlayıb. Damarlarında da tıxanma var. Xəstəxanaya gətirmişik".

Xatırladaq ki, xalq artisti beyinin işemik insultu xəstəliyindən əziyyət çəkir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26