Interposta.Info

Qəzaya düşən Əməkdar artistin vəziyyəti ağırdır

Maqazin
 27-04-2019, 16:14     10 470

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzası keçirib.

Aktrisanın vəziyyətinin ağır olduğu bildirilib. Xanlarovanın "Instagram" səhifəsində yaxınları paylaşım edərək, onun səhhətinin pişləşdiyi vurğulanıb:

"Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var".

Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlanmışdı./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26