Kan: HƏMAS nümayəndələri Türkiyədə gizli toplantı keçiriblər
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri ilə hərəkatın keçmiş rəhbəri Xalid Məşəl Türkiyədə gizli görüş keçirib.
"İnterPosta" xəbər verir ki, bu barədə Kan radiosu məlumat yayıb.
Radionun məlumatına görə, görüşdə hərəkatın digər yüksək vəzifəli nümayəndələri də iştirak edib. Görüş zamanı HƏMAS-ın İsraillə münaqişədə gələcək addımları müzakirə olunub.
Kan qeyd edir ki, görüşün əyani keçirilməsi qərarı İsrail kəşfiyyat xidmətlərinin virtual təşkil olunacağı təqdirdə müzakirə zamanı deyilənlərə çıxış əldə edə biləcəyi ilə bağlı narahatlıqlarla bağlıdır. Radiostansiyanın məlumatına görə, HƏMAS nümayəndələri Qəzza zolağında və Livanda yaraqlıların fəaliyyətini, eləcə də yeni girov mübadiləsi sazişini müzakirə ediblər.
Dekabrın 17-də Reuters mənbələrə istinadən xəbər verib ki, İsrail və HƏMAS Qəzza zolağında atəşkəsi bərpa etməyə hazırdır. Yeni müvəqqəti atəşkəs elan etmək üçün HƏMAS birtərəfli qaydada azad ediləcək girovların siyahısının tərtib edilməsini tələb edir. Həmçinin İsrail ordusu əvvəlcədən razılaşdırılmış mövqelərə geri çəkilməlidir. Reuters agentliyinin mənbəsi İsrailin son tələblə razılaşmadığını bildirib.
Danışıqlarda vasitəçi qismində çıxış edən Misir və Qətər atəşkəsin başlaması üçün Qəzza zolağının cənubunda daha bir keçid məntəqəsinin – "Kerem Şalom”un açılmasını şərt kimi göstərib. Dekabrın 17-də həmin məntəqə açılıb, lakin oradan humanitar yardımın daşınmasına hələ başlanılmayıb./qaynarinfo.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



