Azərbaycanda bu il benzin istehsalı 16%-dək artıb

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Qeyd edək ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 53,4%, neft koksunun istehsalı 18,2%, avtomobil benzininin istehsalı 16,6%, qazoylların (dizel yanacağının) istehsalı 15,6% artıb, neft bitumu istehsalı 25,2%, mazut istehsalı isə 93% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26