Interposta.Info

Azərbaycanda bu məhsulların istehsal həcmi artıb

İqtisadiyyat
 3-06-2022, 10:21     348

Tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar-aprel aylarında istehsalın ümumi dəyəri 306,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72,3 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, dövr ərzində asfaltın istehsalı 3,2 dəfə, tikinti kərpicinin istehsalı 55,9 faiz, tikinti gipsinin istehsalı 50,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 48,4 faiz, betondan yığma tikinti konstruksiyaları istehsalı 34,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 29,8 faiz artıb, tikinti əhənginin istehsalı isə 13,8 faiz azalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26