Interposta.Info

Azərbaycanda ucuz avtomobillər satışa çıxarılır - Tarixlər AÇIQLANDI

Ölkə
 6-11-2023, 12:06     70 498

6 Noy, 202312:027301İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 28-də və dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.
Dövlət Xidmətindən verilən xəbərə görə, ilk hərraca 33 avtomobil çıxarılacaq. İstehsal tarixi 1988-2012-ci illər, start qiyməti 3-22 min manat arasında dəyişən avtomobillər Rusiya, Almaniya və Yaponiya istehsalıdır.
Növbəti hərraca isə 43 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1985-2013-cü illər arasında, start qiyməti 500-13 500 manat arasında dəyişir.
Beləliklə, ümumilikdə 76 avtomobil hərraca çıxarılacaq. Onların tam siyahısı ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
1. 28 noyabr 2023-cü ildə baş tutacaq hərrac - http://surl.li/mwnoe 
2. 5 dekabr 2023-cü ildə baş tutacaq hərrac - http://surl.li/mwnos
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər behi ödəyərək iştirakçı statusu almaq olar.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26