Interposta.Info

DİQQƏT: Bakıda bir yolda hərəkət tam məhdudlaşdırılacaq

Ölkə
 19-10-2023, 11:49     21 017

Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər (15 dəqiqə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "İnterPosta"ya məlumat verilib.
Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələri xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26