Interposta.Info

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Ölkə
 29-06-2022, 18:12     322

Sabah saat 08:00-dan iyulun 3-ü saat 20:00-a qədər Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26