Interposta.Info

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Ölkə
 26-03-2021, 19:18     570

27 mart tarixində hava limanı yolu üzərində yerləşən Sabunçu yol qovşağının Zabrat qəsəbəsi istiqamətində düşən hissəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "İnterPosta"-ya verilən məlumata görə, bu üzdən sözügedən yol ötürücüsü üzərində hərəkət təmir aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq qeyd edilən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26