Interposta.Info

Şimal-Şərqi Asiyadan Azərbaycana gələnlərin sayı artıb

Ölkə
 6-10-2023, 17:46     236

Ötən ay ölkəyə 192 115 nəfər əcnəbi səfər edib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çox olub. Belə ki, ötən ilin sentyabrında ölkəyə 158 803 nəfər gəlmişdi.

Bu ilin doqquz ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 536 375 nəfər təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (1 162 949 nəfər) 32 faiz çox olub.

Ötən ay gəlmə sayına görə Rusiya (50 598), Türkiyə (36 141), İran (15 483), Hindistan (11 622) və Gürcüstan (9 985) ilk beşlikdə yer alıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin sentyabrında gəlmə sayına görə ən çox artım 505% olmaqla Şimal-Şərqi Asiyanın payına düşüb.

2022-ci ilin sentyabr ayı ilə müqayisədə ötən ay İrandan gələn ziyarətçilərin sayında isə 7 faiz azalma müşahidə olunduğu halda, Çindən gələnlərin sayı 754 faiz, Əlcəzairdən gələnlərin sayı isə 833 faiz artıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26