Interposta.Info

Azərbaycanın qeyri-neft ixracı 45 faiz artıb

İqtisadiyyat
 6-04-2022, 14:56     463

2002-ci ilin mart ayında Azərbaycanın ixracı 2 milyard dollar təşkil edib ki, bunun da 265,5 milyon dolları qeyri-neft məhsullarından ibarət olub.

"İnterPosta" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, cari ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə ixrac 727,2 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 225,6 milyon dollar və ya 45 faiz artıb.

2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq 124,9 milyon dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7 faiz, pambıq iplik ixracı 29,3 faiz, pambıq lifi ixracı isə 5,6 faiz artıb.

2022-ci ilin mart ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6 faiz artaraq 48,8 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 70,1 faiz artaraq 216,7 milyon dollar təşkil edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26