Interposta.Info

6 ildə Azərbaycanın ixracı 17,5 milyard dollar azalıb

İqtisadiyyat
 15-11-2017, 16:15     8 909

Novator.az Azərbaycanın ixracının 2011-ci ildən bəri necə dəyişməsinə nəzər salıb.

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracı 9 milyard 54,2 milyon dollar olub. Bu, 2016-cı ilin yekun rəqəminə (9 milyard 143,3 milyon dollar) yaxın göstəricidir.

2011-ci ilin sonu ilə müqayisədə isə ixrac 17 milyard 516,7 milyon dollar azalıb.

Novator.az bildirir ki, 2011-ci ildə Azərbaycan 26 milyard 570,9 milyon dollarlıq mal ixrac edib. 2012-ci ildə həcm 23 milyard 907,9 milyon dollara düşüb, 2013-cü ildə 23 milyard 975,4 milyon dollara yüksəlib.

2014-cü ildə 21 milyard 828,6 milyon dollarlıq ixrac qeydə alınıb. Sonrakı iki ildə isə kəskin düşmə olub: 2015-ci ilin ixracı 11 milyard 424,5 milyon dollar, 2016-cı ilin ixracı 9 milyard 143,3 milyon dollar təşkil edib.

İxracın azalmasında əsas amil dünya bazarında neftin qiymətinin düşməsi olub. 2011-ci ilin sonunda Azərbaycan neftinin bir barreli 110 dollara, 2012-ci ilin sonunda 111 dollara, 2013-cü ilin sonunda 114 dollara satılıb.

2014-cü ilin sonunda Azərbaycan nefti 60 dollara, 2015-ci ilin sonunda 38,23 dollara düşüb.

2016-cı ilin sonunda Azərbaycan nefti 56 dollara təklif olunub.

Hazırda Azərbaycan neftinin bir barrelinin qiyməti 65 dollara yaxındır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26