Bakıda 150 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadəyə hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
“Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, ittiham aktına görə, Tələt Əlizadə zərərçəkmiş şəxs qismində tanınan Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək.
Lakin T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib. T. Əlizadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26