Interposta.Info

"Ağ çiçəyim"in sahibinə 100 minlik dələduzluq edən şəxs həbs olundu

Ölkə
 24-10-2019, 11:47     10 824

İş adamına qarşı dələduzluq edən operator məhkəmə zalında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən İlqar Həsənli 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan İlqar Həsənli barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında qandallanıb.

İş üzrə zərərçəkmiş Nadir Əhmədlinin mülki iddiası baxılmamış saxlanılıb. Nadir Əhmədli mülki qaydada məhkəməyə müraciət edərək dəymiş zərəri tələb etməli olacaq.

İttiham aktına əsasən, restoranlarda operator kimi çalışan İlqar Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdan artıq dələduzluq edib.

Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlığı götürüb.

N.Əhmədlinin şikayəti əsasında İ.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26