Interposta.Info

"Bizim Market”in sahibinə dələduzluq edən ana və oğluna hökm oxundu

Ölkə
 31-07-2017, 16:20     10 559

Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Bizim Market” ətrafında yaranan qalmaqalla bağlı məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Quliyev 11 il və H.Quliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, S.Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. R.Salmanovun şikayət ərizəsində yazıb ki, S.Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində S.Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, hazırda “Bizim Marketlər” şəbəkəsinin sahibi kimi bilinən Rasim Salmanov həm də “Maşın bazarı”nın sahibidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26