Əxlaqsızlıq yuvası təşkil edən qadın və iki nəfər saxlanıldı
Gəncədə qadın əxlaqsızlıq yuvası təşkil edib.
Oxu.Az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində əxlaqsızlıq yuvası saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini D.N. fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.
Polis əməkdaşları tərəfindən 69 yaşlı qadın və fahişəliklə məşğul olan əlavə iki nəfər saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
InterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26