Interposta.Info

Azərbaycanda hoteldə ƏMƏLİYYAT: Əxlaqsızlıq yuvası aşkarlandı

Müxtəlif / Manşet
 3-12-2022, 11:48     2 467

Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərindəki “Təbriz” hotelinin 1-ci mərtəbəsində yerləşən otağın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi müəyyən edilib.

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26