Interposta.Info

Ödəmə terminallarından 9 mindən çox pul oğurladı

Gündəm
 5-02-2021, 15:15     699

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin və "Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "İnterPosta"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, E. Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq 9187 manat nağd pulu oğurlayıb.

E. Əsgərov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda onun şəhər ərazisində digər anoloji cinayətləri törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır. Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26