Interposta.Info

 

Balakəndə bir neçə şəxs siqaretə görə cərimələndi - FOTO

Ölkə
 25-07-2023, 14:18     151

Balakəndə qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunublar.

Həmçinin ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə eyni gündə keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənara atan, eləcə də şəhərin abadlaşdırma qaydalarını pozan şəxslər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Balakən rayonunda cari il ərzində qeyd olunan qayda pozuntuları ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan 218, İXM-in 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsinin tələblərinə əməl etməyən 90 və 396-cı (şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması) maddənin tələblərini pozan 42 nəfər barəsində inzibati tənbeh tədbirləri görülüb.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26