Şəkidəki avtomobil qəzasında xəsarət alanların kimlikləri BİLİNDİ - YENİLƏNİB + FOTO

Şəkidə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimlikləri bilinib.
"İnterPosat"-nın məlumatına görə, Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi “Hyundai SantaFe” markalı avtomobilin aşması nəticəsində Günay Abdullayeva, Rəqsanə Abdullayeva və azyaşlı F.Abdullayev xəsarət alıblar.
Rəqsanə və F.Abdullayevlərin xəsarətləri yüngül olub. Onlar bir ailənin üzvləridir.
14:54
Şəki rayonunun Biləcik kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki rayon Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi “Hyundai SantaFe” markalı avtomobilin aşması nəticəsində iki azyaşlı xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26