Interposta.Info

Şəkidə avtomobil aşıb, iki azyaşlı xəsarət alıb

Ölkə
 15-07-2023, 15:11     138

Şəki rayonunun Biləcik kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki rayon Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi “Hyundai SantaFe” markalı avtomobilin aşması nəticəsində iki azyaşlı xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26