Interposta.Info

Qaxda “KamAZ” aşıb, sürücü xəsarət alıb

Ölkə
 1-07-2023, 17:53     207

Qaxda “KamAZ” markalı yük maşını aşıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən 27-ci kilometrliyində baş verib.

Balakən rayon Mahamalar kənd sakini 70 yaşlı Canov Məhəmməd oğlu Canıyev idarə etdiyi “KamAZ” markalı, 08-BC-536 dövlət nömrə nişanlı yük maşını ilə Şəki rayonundan Qax rayonu istiqəmətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı çökəkliyə aşırıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C. Canıyev Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib. C. Caniyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26