Interposta.Info

Azərbaycanda gecə saatlarında DƏHŞƏT: ÖLƏNLƏR VAR FOTO

Ölkə
 2-06-2022, 09:56     241


Kürdəmirdə ağır yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı həlak olublar.

Bundan başqa "KamAZ"ın sürücüsü 53 yaşlı, Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və "Mercedes"də olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb./repord

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26