Interposta.Info

Göyçayda avtomobil aşıb: Yaralılar var
 

Ölkə
 29-06-2023, 18:31     253

Göyçayda rayonunda avtomobil aşıb, yaralılar var.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb.
Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26