Interposta.Info

 

Sahib Məmmədov Efiopiyanın dövlət naziri ilə görüşüb - FOTO

Ölkə
 7-07-2023, 13:11     151

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Efiopiyanın xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç ilə görüşüb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Sahib Məmmədov ölkəmizdə bu sahədə aparılan uğurlu islahatların müsbət nəticələrini qeyd edib, azad edilmiş ərazilərimizin yenidən qurulması və iqtisadi reinteqrasiyası ilə bağlı görülən işlərin ümumi iqtisadi inkişafa töhfə verdiyini bildirib.

Mesqanu Arqa Moaç Efiopiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, Azərbaycanın iqtisadi islahatlar təcrübəsinin tətbiqinə maraq göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılması, o cümlədən ticarət və investisiya üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsi, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
Görüşdə Efiopiya ilə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspektivləri, iqtisadi əməkdaşlığın inkişafı istiqamətində atılmalı olan addımlar müzakirə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26