Interposta.Info

Prezidentdən uşaqlarla bağlı sərəncam

 

Ölkə
 9-06-2023, 17:43     160

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.

"İnterPosta" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək.

Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26