Interposta.Info

“Kiməsə qarşı dələduzluq etməmişəm” - Ramin Hacılı

Ölkə
 19-04-2023, 17:33     205

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qaynarinfo xəbər verir ki, hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılının vəkili Rəşad Əliyev çıxış edib. Vəkil ictimai fəala qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Rəşad Əliyev müvəkkilinin bəraətverici əsaslarla azadlığa buraxılmasını istəyib.

Ramin Hacılı da prosesdə çıxış edərək günahsız olduğunu deyib. O, həmçinin bildirib ki, barəsində dələduzluq etdiyi barədə iddialar səsləndirilir: "Mən heç kimə qarşı dələduzluq etməmişəm. Bu barədə deyilənlər və yazılanların heç bir əsası yoxdur”.


Növbəti proses mayın 5-də keçiriləcək.

Ramin Hacılı Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun hökmü ilə 7 il 7 ay 14 gün azadlıqdan məhrum edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26