Interposta.Info

Gədəbəydə güclü külək nəticəsində 92 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb

Ölkə
 7-03-2023, 11:42     243

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Gədəbəy rayonunda bir sıra fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, küləyin təsirindən Gərgər kəndində bir ədəd 35 kilovoltluq və Düzyurd kəndində 6 ədəd 35 kilovoltluq metal dayaq aşıb.

Bu səbəbdən ümumilikdə 92 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb və hazırda bu məntəqələrin elektrik enerjisinin verilməsi üçün lazımi işlər aparılır.

Bundan əlavə, rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşayış evinin ümumilikdə 488 kvadratmetr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilikdə 430 kvadratmetr dam örtüyünə ziyan dəyib, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı və 5 ağac aşması nəticədə 447 abonentin elektrik enerjisi, 100 abonentin qaz və rabitə təchizatında fasilə yaranıb.

Qeyd edək ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26