Interposta.Info

Bu rayonda güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yarandı

Ölkə
 6-03-2023, 20:56     220

Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.

Əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.

Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26