Interposta.Info

Şirvanda avtomobil əvvəl maşına, sonra parkın hasarına çırpıldı - FOTO

Ölkə
 3-03-2023, 22:10     146

Şirvanda yol nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhərinin Nərimanov küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub, daha sonra parkın hasarına çırpılıb. Hadisə nəticəsində şəhər təsərrüfatına ziyan dəyib.

“Mercedes”in sürücüsü hadisə yerindən qaçıb. Onun maşını sərxoş halda idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26