Interposta.Info

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı - VIDEO

Ölkə / Manşet
 28-02-2023, 18:53     254

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

"İnterPosta" xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, bu gün Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə və ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb:
Ətraflı

"Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcəyik".

Xatırladaq ki, B.Hacıyev 2022-ci il dekabrın 9-da həbs edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26