Interposta.Info

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

 

Ölkə
 23-02-2023, 18:15     306

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub.

Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 2 ay uzadılıb.

Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26