Interposta.Info

Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmayıb

Siyasət
 20-12-2022, 18:28     628

Bəxtiyar Hacıyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Bəxtiyar Hacıyevin vəkilinin verdiyi vəsatət rədd edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Məhkəmə qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26